Heydər Əliyev prospektində qəza sıxlığa səbəb olub
![](/uploads/posts/2023-11/1700635432_0578ff64-ecf9-39f8-a0c4-b5ea21a0d51f_850.jpeg)
Bakıda Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsinin baş verməsi və köməkçi yolda texniki nasaz nəqliyyat vasitəsinin yolda qalması səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb.
Bu barədə AFN.az-a Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları bu barədə ərazidə xidmət aparan yol polisi əməkdaşlarına məlumat verib.
Sıxlığın aradan qaldırılması məqsədilə işlər görülür.