Havayda meşə yanğınları nəticəsində ölənlərin sayı 106-ya çatıb


Böyük Ada və Maui adasında davam edən və tarixi Lahaina qəsəbəsini məhv edən meşə yanğınları nəticəsində ölənlərin sayı 106-ya yüksəlib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, yerli hökumət Mauidə şəxsiyyət təsbit işlərinə başlandığını açıqlayıb.

Daha 5 nəfərin şəxsiyyətinin müəyyən edilməsilə həlak olanların sayı 106-ya çatıb. ABŞ Səhiyyə Departamentindən Conatan Qrin bildirib ki, hadisə zamanı həyatını itirənlərin kimliyini müəyyən etmək üçün əraziyə məhkəmə-tibb həkimləri, patoloqlar və texniklər, o cümlədən müayinə masaları, rentgen aparatları və digər avadanlıqlar göndərilib.

Qrin qeyd edib ki, çox sayda insan həyatını itirib və bu səbəbdən də şəxsiyyətin müəyyənləşdirilməsi uzun sürəcək.

Rəsmilər axtarış-xilasetmə qruplarının fəaliyyəti zamanı gündə 10-20 cəsəd tapa bildiklərini açıqlayıblar. Həyatını itirənlərin ümumi sayının müəyyən edilməsinin 10 gün çəkə biləcəyi deyilir.

Yanğınlar səbəbilə yeri müəyyən edilə bilməyən 1300 nəfər hələ də axtarıl.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu