Almaniyada hökumətə etimad 27 faizdir
Almaniyada rəyi soruşulanların yalnız 27 faizi hökumətin üzərinə düşən vəzifələri yerinə yetirə biləcəyinə inanır.
Almaniya Dövlət Qulluğu Assosiasiyası (DBB) 2000-dən çox insan arasında dövlət xidmətlərinin nüfuzu ilə bağlı sorğu keçirib.
Nəticələr göstərib ki, sorğu edilən dövlət qurumlarının fəaliyyəti 2022-ci illə müqayisədə aşağı olub. Belə ki, respondentlərin yalnız 27 faizi hökumətin öz mandatını yerinə yetirə biləcəyinə inanır.
Sorğu iştirakçıları Almaniya hökumətinin immiqrasiya, təhsil, iqlim və ətraf mühit siyasətlərində ən çox çətinlik çəkdiyini düşünürlər. İştirakçıların 80 faizi hesab edir ki, ümumilikdə cəmiyyətdə qəddarlaşma var.
Sorğuda iştirak edən dövlət işçilərinin 54 faizi təhdid, təhqir və fiziki hücumlara məruz qaldıqlarını bildirib, 26 faizi dövlət işçilərinə qarşı hücumlara şahid olduqlarını bildirib.
DMM-in prezidenti Ulrix Silberbax mətbuat konfransındakı çıxışında dövlətə inamın azaldığını və bu vəziyyətin narahatlıq doğurduğunu bildirib.
"Cəmiyyətin getdikcə görünən seqreqasiyası xüsusilə narahatlıq doğurur" - dedi Silberbax qeyd edib.