Hesabat: Almaniyada bir çox insan ayrı-seçkilik və ya irqçiliklə üzləşir
Almaniyada İnteqrasiya və Miqrasiya Araşdırmaları Mərkəzinin (DeZIM) hazırladığı hesabatda ölkədə bir çox insanın ayrı-seçkiliyə və ya irqçiliyə məruz qaldığı bildirilib.
“İrqçilik və onun əlamətləri” başlıqlı 2022-ci ilin noyabr-iyun dövründə 21 min 418 nəfərin rəyi alınaraq hazırlanan hesabatda Almaniyada yaşayanların irqçilik və ayrı-seçkiliklə bağlı təcrübələri araşdırılıb.
Almaniyada çoxlu sayda insanın ayrıseçkiliyə və ya irqçiliyə məruz qaldığı əksini tapan hesabatda bu təcrübələrin növlərinə, tezliklərinə, xüsusiyyətlərinə və sosial məkanlarına görə fərqləndiyi bildirilib.
Məlumata görə, ölkədə əsasən qaradərililər və müsəlmanlar ayrı-seçkiliyə məruz qalıb.
Araşdırmaya qatılan qaradərili kişilərin yüzdə 54,8-i, müsəlman kişilərin isə yüzdə 41,2-si şəxsi həyatlarında ayrı-seçkilik və irqçiliklə qarşılaşdıqlarını ifadə ediblər. Qaradərili qadınlarda bu nisbət yüzdə 38,1, müsəlman qadınlarda isə yüzdə 29,7 olub.
Dövlət idarələrində qaradərili kişilərin 43,5 faizi, qaradərili qadınların 46 faizi, müsəlman kişilərin 51,3 faizi və müsəlman qadınların 46,2 faizi ayrı-seçkiliyə məruz qalıb. Asiyadan olan kişilərin 39,1 faizi qadınların 38,3 faizi dövlət idarələrində ayrı-seçkiliklə üzləşib.
Müsəlman kişilərin 54 faizi, qadınların isə 61 faizi inanclarına görə ayrı-seçkiliyə məruz qaldıqlarını bildirib.
Qaradərili kişilərin 68 faizi, qadınların isə 61 faizi dəri rənglərinə görə ayrı-seçkiliyə məruz qaldıqlarını bildirib.
Müsəlman qadınların 68 faizi və qaradərili qadınların 67 faizi həkimlər və ya digər səhiyyə işçiləri tərəfindən digərlərinə nisbətən "daha ədalətsiz və ya daha pis" rəftar edildiyini, müsəlman qadınların 35 faizi, qaradərili qadınların 39 faizi və Asiya qadınlarının 29 faizi ilə müqayisədə bu vəziyyəti mütəmadi olaraq yaşadıqlarını bildirib.
Xüsusilə Türkiyə və Nigeriyada çox rast gəlinən adları olanlar həkim və psixoloq qəbulu zamanı ayrı-seçkiliyə məruz qaldıqlarını, alman adları ilə müqayisədə qəbul müraciətlərinə daha az müsbət cavab aldıqlarını bildiriblər.
DeZİM direktorlarından Frank Kalter, ayrı-seçkiliyin bir çox fərqli sahədə görüldüyünü və bu hesabatda sağlamlıq sahəsinə diqqət yetirdiklərini deyərək, qaradərili, müsəlman və ya asiyalı görünən insanların görüş almaqda daha çox çətinlik çəkdiyini bildirib. Onun sözlərinə görə, həmin insanların şikayətləri həkimlər tərəfindən daha az dinlənilir.
DeZIM-in digər direktoru Naika Foroutan da qaradərili kişilərin 41 faizinin və müsəlman kişilərin yüzdə 39-unun polis tərəfindən irqi ayrı-seçkiliyə məruz qaldığını bildirib.