BMT sentyabrın sonuna qədər Yəmənə yardımı azaldacaq


Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı sentyabrın sonundan etibarən Yəməndə maliyyə çətinlikləri səbəbindən bütün yardım fəaliyyətlərinin azaldılacağını açıqlayıb.


Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının (WFP) internet saytında verilən yazılı açıqlamada, Yəməndəki əməliyyatlar üçün lazımi maliyyənin tapılmasında ciddi problemin olduğu və bu səbəbdən ərzaq yardımının azaldılması kimi qərarların qəbul edilməsinin çıxılmaz olduğu bildirilib.

Qeyd edilib ki, sentyabr ayının sonundan etibarən həyata keçiriləcək bu qərar qurumun Yəməndə həyata keçirdiyi ümumi ərzaq yardımı proqramı, qidalanma və məktəb qidalanma proqramlarına təsir edəcək.

Açıqlamada, lazımi vəsaitin təmin edilmədiyi təqdirdə ölkənin şimalında təxminən 3 milyon, cənubda isə 1,4 milyon insanın ərzaq yardımının azaldılması qərarının təsiri altına düşəcəyi bildirilib.

Qurumun Yəmən nümayəndəsi Riçard Raqan deyib: "Həqiqətən çətin bir vəziyyətlə qarşı-qarşıyayıq. Milyonlarla insanın sağ qalmaq üçün köməyimizə ehtiyacı olduğu halda, biz "aclardan götürüb, acları yedizdirmək" kimi qərarlar qəbul etməliyik. Bu cür qərarlar qəbul etmək isə asan deyil".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu