Yəməndə humanitar böhran şiddətlənir


Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı Yəməndəki işini dayandırmaq qərarına gəlib. Qərarın Yəməndə qida çatışmazlığından əziyyət çəkən 2,5 milyona yaxın insana mənfi təsir edəcəyi bildirilib.


BMT-nin Ümumdünya Ərzaq Proqramının gələn aydan etibarən qida çatışmazlığının qarşısının alınması proqramını dayandıracağına səbəb kimi mövcud resursların azalması və maliyyə çatışmazlığı göstərilib.

Bildirilib ki, növbəti 6 aylıq plan üçün tələb olunan maliyyə vəsaiti 1 milyard dollar hesab edilsə də, bu məbləğin 28 faizi toplanıb.

Ümumdünya Ərzaq Proqramının dərc etdiyi hesabata görə, qərar Yəməndə qida çatışmazlığından əziyyət çəkən təxminən 2,5 milyon insana təsir edəcək.

Beynəlxalq yardımın azalması da Yəməndə aclıq təhlükəsinin qapısını açır. Ölkənin mərkəzi hissəsindəki Maribdə aclığın ola biləcəyi ilə bağlı həyəcan təbili çalınır.

Yəmən səlahiyyətliləri yardım təşkilatlarını qida, su, sığınacaq, səhiyyə və təhsil kimi vacib xidmətləri təmin etməyə çağırır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu