Panama kanalında qırmızı xəbərdarlıq: Keçən gəmilərin sayı məhdudlaşdırıldı


Atlantik Okeanı ilə Sakit Okeanı birləşdirən dünyanın ən mühüm kanallarından biri olan Panama kanalı narahatlıq doğurur. Quraqlıq səbəbindən gəmilərin keçidi məhdudlaşdırılıb. Onlarla gəminin kanala girə bilməməsi və buxtada gözləməsi qlobal ticarətə zərbə vura bilər.


Panama Kanalı İdarəsindən verilən açıqlamada bildirilib ki, tranzitlərin maksimum sayı sentyabrın 2-dək gündə 32 gəmi ilə məhdudlaşdırılacaq.

Atlantika ilə Sakit okeanı birləşdirən 80 kilometrdən çox su yoluna məhdudiyyətlər Mərkəzi Amerika regionunda yağıntının az olmasından sonra qoyulub.

Dünyanın ən işlək ticarət keçidlərindən biri olan kanalda yaşanan sıxlıq tez-tez su yolundan istifadə edən şirkətləri alternativ yollar axtarmağa vadar edir.

Panama Kanalı Çin və ABŞ arasında ticarət aparan böyük pərakəndə satıcılar və enerji şirkətləri də daxil olmaqla bir çox yükgöndərənlər üçün xərcləri və tranzit vaxtlarını azaldır.

Rəsmilərin "Reuters" agentliyinə verdiyi məlumata görə, avqustun 10-na kanalın yaxınlığında 161 gəmi olub.

El Nino hava hadisəsinin yaratdığı quraqlıq su təchizatına təzyiq göstərdiyi üçün ilin əvvəlindən kanal bir sıra dərinlik məhdudiyyətləri tətbiq edib.

Bununla birlikdə, kanal iyun ayında gəmilərin daha asan keçə bilməsi üçün yüklərini yüngülləşdirmələrini tələb edən əlavə məhdudiyyətləri elan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu