Havay adalarında baş verən yanğında zərər görməyən "möcüzə ev" gündəm oldu


Havayda bir çox binanı məhv edən yanğınlardan sağ çıxan "möcüzə evi" günrəm olub.


Havayda baş verən yanğınlar indiyədək 114 nəfərin həyatına son qoyub, 2700-dən çox tikili zədələnib və ya tamamilə dağılıb.

Maui adasında bozlaşan şəhərlərdən biri olan Lahainada heç bir zərər görməyən ev isə gündəm olub. Çünki sözügedən ev sahil zolağında toxunulmaz qalan yeganə tikilidir.

Evin sahibi Millikin cütlüyü "LA Times"a verdiyi açıqlamada, əslində 100 faiz ağacdan ibarət olan evdə bir müddət əvvəl bəzi dəyişikliklər etdiklərini söyləyiblər. Dam örtüyünə metal material əlavə edib və zərərvericilərdən qorunmaq üçün evin ətrafındakı yaşıllıqları kəsiblər. Bundan əlavə, evin ətrafına daşlar düzüblər.

Əvvəlcə yanğına davamlılığı nəzərə alınmaqla edilməyən bu dəyişikliklər strukturun qorunmasını təmin edib.

Yerli sakinlər Millikin cütlüyünün evini “möcüzə evi” adlandırıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu