Bərdədə ermənilərlə görüş gözlənilir
Yaxın günlərdə Azərbaycanın hökumət nümayəndələri ilə Qarabağın erməni icması arasında Bərdədə görüş keçirilə bilər.
AFN.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, görüş zamanı Ağdam-Xankəndi yolunun açılması məsələsi müzakirə olunacaq.