Dənizdə qəza: iki nəfər itkin düşüb


SOCAR-ın iki əməkdaşı dənizdə itkin düşüb.


AFN.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirib. O, qeyd edib ki, bu gün saat 07:00-da SOCAR-ın "Neftqaztikinti" trestinin 7 saylı Tikinti Quraşdırma bölümünün 1 saylı Tikinti Quraşdırma sahəsinin “Azneft” İB-nin “N.Nərimanov” NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin əsaslı təmiri” obyektində yerinə yetirilən tikinti quraşdırma işləri zamanı qəza baş verib. Qəza zamanı dəmir-beton pilitənin qırılması nəticəsində polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı Ağammədov Şirvan Ataş oğlu (1960-cı il təvəllüd) və əl ilə qaynaqda elektrik qaynaqçısı Nərimanov Şamo Mətləb oğlu (1984-cü il təvəllüd) açıq dənizə düşərək itkin düşüblər.

Xəbər yenilənəcək...



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu