Tramp 2 il yarımlıq aradan sonra eksdə paylaşım edib


ABŞ-nin keçmiş prezidenti Donald Tramp 2021-ci il yanvarın 8-dən bəri ilk dəfə eksdə (keçmiş tviter) paylaşım edib.



AFN.az xəbər verir ki, uzun fasilədən sonra ilk paylaşım onun mavi kostyum, ağ köynək və qırmızı qalstuk taxdığı və rəsmi həbs prosedurlarından keçdiyi Corciya ştatının Fulton cəzaçəkmə müəssisəsinin rəsmiləri tərəfindən çəkilmiş həbs fotosu olub.

Bu şəkil tarixidir, çünki ABŞ-nin heç bir keçmiş və indiki prezidentinin daha əvvəl həbsxana şəkli (“mug shot”) olmayıb. Paylaşılan şəklin altında “heç vaxt təslim olma” və “seçkilərə müdaxilə” yazılıb. Həmçinin posta siyasətçinin rəsmi internet saytına keçid də əlavə olunub.

Xatırladaq ki, ABŞ-nin keçmiş prezidenti Donald Tramp həbs edilib və daha sonra girov müqabilində Corciya ştatındakı Fulton həbsxanasından sərbəst buraxılıb.

https://t.co/MlIKklPSJT pic.twitter.com/Mcbf2xozsY

— Donald J. Trump (@realDonaldTrump) August 25, 2023



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu