Tramp X sosial media platformasına qayıtdı
ABŞ-ın keçmiş prezidenti Donald Tramp təxminən 2,5 illik fasilədən sonra X sosial media platformasına (Twitter) qayıdıb.
Sonuncu dəfə 2021-ci il yanvarın 8-də paylaşım etdiyi platformaya qayıdan Trampın ilk paylaşımı "Seçkilərə müdaxilə. Heç vaxt təslim olma!" şüarı ilə yazılı cinayət qeydi ilə pul yığma səhifəsinə aparan vebsayta keçid paylaşıb.
Bildirilib ki, Tramp aylardır platformaya “doğru zamanda” qayıtmağı planlaşdırdığını deyirmiş.
X hesabının dayandırılmasından sonra Tramp “Truth Social” adlı sosial media tətbiqini işə salıb.
X, YouTube və Facebook sosial media platformaları Trampın 2020-ci il prezident seçkilərində Konqres basqını və saxtakarlıq hadisələrinə töhfə verməsi iddialarına görə 2021-ci il yanvarın 6-da onun hesablarını dondurmuşdu.
Tramp isə 2021-ci ilin fevralında Tramp Media və Texnologiya Qrupunu (TMTG) qurdu və oktyabr ayında bu şirkət daxilində “TRUTH Social” adlı sosial media platforması qurmağı planlaşdırdığını açıqladı.