Ermənistanda iki əsgər qeyri-müəyyən şəraitdə ölüb


Ermənistan Silahlı Qüvvələrinin iki hərbçisi qeyri-müəyyən şəraitdə ölüb.



AFN.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, hərbçilər Artyom Haykazyan və Armen Xaçatryan ölümcül yaralanıblar.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, bu ay ərzində Ermənistan ordusunda artıq 6 hərbçi həlak olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu