Priqojinin dəfn mərasimi Sankt-Peterburqda keçirilib


Vaqnerin yaradıcısı Yevgeni Priqojinin dəfn mərasimi Sankt-Peterburqda keçirilib.


"Konkord" şirkətindən verilən yazılı açıqlamada avqustun 23-də Tver vilayətində şəxsi təyyarənin qəzaya uğraması nəticəsində dünyasını dəyişən Priqojinin dəfn mərasimi ilə bağlı məlumat yer alıb.

Onun Sankt-Peterburqdakı qəbiristanlıqda dəfn edildiyi bildirilən açıqlamada Yevgeni Viktoroviçin (Priqojin) vida mərasiminin qapalı şəkildə həyata keçirildiyi onunla vidalaşmaq istəyənlərin Porohovskoye qəbiristanlığını ziyarət edə biləcəkləri qeyd edilib.

Kremlin sözçüsü Dmitriy Peskov bu gün verdiyi açıqlamada Priqojinin dəfni ilə bağlı qərarların onun yaxınları tərəfindən verildiyini və Rusiya prezidenti Vladimir Putinin mərasimdə iştirak etməyəcəyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu