Rəsmi Kreml: Priqojinin dəfni ilə bağlı qərar qohumları ilə birlikdə veriləcək


Kremlin sözçüsü Dmitriy Peskov öldüyü bildirilən Vaqnerin qurucusu Yevgeni Priqojinin dəfn mərasimi ilə bağlı hələ qərar verilmədiyini bildirib.


O, belə qərarların həmişə onların qohumları ilə birlikdə və qohumlarının qərarına əsasən verilir deyə bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin yaxın vaxtlarda görüşəcəyini bildirən Peskov qeyd edib ki, vaxtı gələndə rəsmi açıqlama veriləcək.

Peskov taxıl müqaviləsinin bərpası üçün Rusiya, Türkiyə və Qətərin də iştirak etdiyi formulun gündəmdə olduğunu bildirib: "Qətərin də iştirakı ilə müxtəlif qarşılıqlı fəaliyyət variantları var, lakin hazırda bu mövzuda konkret razılaşmalar yoxdur".

Tverdə şəxsi təyyarənin qəzaya uğraması nəticəsində öldüyü bildirilən Priqojinin dəfn mərasimi ilə bağlı danışan Peskov deyib ki, cənazədən xəbəri olmadığı üçün heç nə deyə bilməyəcək: "Qərar qəbul edildikdən sonra elan verilir. Bu cür qərarlar həmişə onların qohumları ilə birlikdə və qohumların mülahizəsinə əsasən verilir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu