Bakıda avtomobil azyaşlını vurub


Bakıda avtomobil 5 yaşlı uşağı vurub.



AFN.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Lökbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil yolu keçmək istəyən 2018-ci il təvəllüdlü Arzu Rövşən qızı Ağayevanı vurub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ körpücük sümüyünün sınığı diaqnozu qoyulub.Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu