Bakıda yolu keçən qadını avtomobil vurub
Bakının Xəzər rayonunda yolu keçən 51 yaşlı qadını avtomobil vurub.
AFN “Report”a istinadən xəbər verir ki, 1971-ci il təvəllüdlü Həsənova Validə Əsəd qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əzilməsi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.