Bakıda avtomobil qadını vuraraq xəsarət yetirdi




Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Sulutəpə qəsəbəsində avtomobil yolu keçən 1968-ci il təvəllüdlü Əkbərova Firuzə Hüseynqulu qızını vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin və bədənin müştərək travmaları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu