Separatçıların yeni rəhbəri bu şəxs ola bilər - DOSYE


Az öncə erməni mediasına istinadən xəbər verdiyimiz kimi, Qarabağdakı separatçıların başçısı Arayik Arutyunyanın istefası gözlənilir.



Erməni mediasının yaydığı xəbərə görə, Araikin istefasının yaxın saatlarda açıqlanacağı və onu Samvel Şahramanyanın əvəzləyəciyi iddia edilir.

Separatçıların nəzərdə tutulan yeni rəhbərinin dosyesini təqdim edirik:

"Samvel Şahramanyan 1978-ci ilin dekabrın 1-də Xankəndidə anadan olub. O, Qarabağdakı separatçı dəstənin “milli təhlükəsizlik xidməti”nin direktoru, Ermənistan Respublikasının hərbi vətənpərvərlik, gənclər, idman və turizm naziri olub. General-mayordur.

S. Şahmaranyan İrəvan Qriqor Zöhrab Universitetinin Beynəlxalq iqtisadiyyat fakültəsinə daxil olub, 1998-ci ildə Xankəndidəki universitetə keçib və 1999-cu ildə oranı bitirib.

1996-1999-cu illərdə Qarabağdakı qanunsuz silahlı dəstədə “xidmət” edib. O, 1999-2008-ci illərdə Ukraynada xidmət edib.

2008-ci ildən Qarabağdakə qondarma qurumda bir sıra “vəzifələrdə” çalışıb.

29 may 2020-ci il tarixdə qondarma sərəncamla “general-mayor” olub."//musavat.com



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu