Şahramanyan istintaqa çağırıldı


Qarabağda anti-terror tədbirlərindən sonra İrəvana qaçan separatçıların sonuncu “başçısı” Samvel Şahramanyan 44 günlük müharibəni araşdıran istintaq komissiyasına çağırılıb.



AFN.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazır.

Nəşr Şahramanyana yaxın mənbələrə istinadən qeyd edir ki, komissiyaya rəhbərlik edən Andranik Koçaryan rəsmi şəkildə dəvət göndərib.

Koçaryan bildirib ki, 44 günlük müharibədə Qarabağdakı separatçılara “rəhbərlik” edən Araik Arutyunyan Bakıda həbsdə olduğu üçün komissiyaya dəvət edə bilməzlər. Şahramanyan isə müharibə vaxtı separatçıların qondarma “gənclər və turizm naziri” olub, buna baxmayaraq, istintaq komissiyası onu dindirmək niyyətindədir.

Nəşr yazır ki, istintaq komissiyasının səlahiyyət müddəti dekabrın 3-də başa çatacaq. Şahramanyan etiraz etməsə, onun iştirak edəcəyi iclas qapalı keçiriləcək.

S.Şahramanyanın dəvəti qəbul edib-etmədiyi bəlli deyil. Məlumatlara görə, o son olaraq keçmiş prezidentlər Levon Ter-Petrosyan və Robet Koçaryanla ayrı-ayrılıqda görüşlər keçirib. Lakin bu görüşlərin mərasim xarakteri daşıdığı və gələcəklə bağlı heç bir müzakirənin aparılmadığı deyilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu