Separatçılara son zərbə: Şahramanyanın bu istəyi Paşinyanı qəzəbləndirdi


Qarabağdan qaça bilən separatçıların Ermənistanda da fəaliyyət göstərməsinə icazə verilmir.



Keçmiş separatçı rejimin sonuncu “başçısı” Samvel Şahramanyan Ermənistanda müşavirə keçirmək istəsə də, buna icazə verilməyib.

“Hraparak” nəşri yazır ki, Şahramanyanın “mübarizənin davam etdirilməsi” haqda açıqlamalar vermək istəməsi Paşinyan tərəfindən qəzəblə qarşılanıb.

“Artıq hakimiyyət onlara təzyiq etməyə başlayıb. Məlumatlara görə, “artsax”ın İrəvandakı “nümayəndəliyi” və “operativ qərargahının” ləğv edilməsi qərarı verilib. Eyni zamanda, artıq keçmiş separatçı rejim “işçilərinə” maaş da verməyib, çünki Ermənistan hakimiyyəti daha onları maliyyələşdirmir.

Qeyd edək ki, erməni separatçılar Qarabağda özlərini buraxdıqdan sonra Ermənistanda fəaliyyətlərini davam etdirə və qondarma “artsax” üzərindən eyni iddialar irəli sürə biləcəklərinə ümid edirdilər. Lakin Ermənistan hakimiyyətinin addımları separatçılara son zərbə oldu. (Publika.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu