Bakıda kişini zorla maşına mindirərək döyüblər


Bakıda kişini zorla maşına mindirərək döyüblər.



AFN.az APA-ya istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü Rəşad Sədi oğlu İmanov Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, Binəqədi qəsəbəsi, Binəqədi yolu küçəsində yerləşən “ETK-4” yarımstansiyasının yaxınlığında olduğu zaman onun yanına göy rəngli, dövlət nömrə nişanını bilmədiyi “Hyundai Elantra” avtomobili yaxınlaşıb. Maşından düşən bir neçə nəfər ondan pul istəyib. Sonradan onu gəldikləri avtomaşına mindirərək döyüb, cibində olan 1 310 manatını alaraq avtomaşından düşürüb, hadisə yerini tərk ediblər.

Cinayət törətmiş şəxslərin tapılaraq məsuliyyətə cəlb edilməsi istiqamətində axtarış tədbirləri həyata keçirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu