Qənirə Paşayeva: "Prezident təqaüdü ilə bağlı müraciətlərə baxmağa hazırıq"
"Əgər yazıçı və şairlər tərəfindən Milli Məclisə, yaxud parlamentin Mədəniyyət Komitəsinə Prezident təqaüdü ilə bağlı hər hansısa bir müraciət olarsa, o zaman bu məsələyə baxıla bilər".
Bunu Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hər zaman bu cür təkliflərin müzakirəsinə baxmağa hazırdırlar: "Təbii ki, bu, yalnız müəlliflərin müraciət etdiyi təqdirdə baş verə bilər".