Ukraynın yeni müdafiə naziri Rustem Umerov olacaq
Ukrayna Prezidenti Volodimir Zelenski müdafiə naziri Oleksiy Reznikovu işdən çıxarmaq qərarına gəldiyini və onun yerinə Dövlət Əmlak Fondunun rəhbəri Rüstəm Umerovun keçməli olduğunu bildirib.
AFN.az xəbər verir ki, bu barədə dövlət başçısı axşam videomüraciətində bildirib.
Onun sözlərinə görə, kadr dəyişikliyi barədə təklif bu həftə göndəriləcək.
“Hesab edirəm ki, nazirliyin həm ordu ilə, həm də bütövlükdə cəmiyyətlə yeni yanaşmalara və digər qarşılıqlı fəaliyyət formatlarına ehtiyacı var. İndi nazirliyə Rüstəm Umerov başçılıq etməlidir. Ukrayna Ali Radası bu adamı yaxşı tanıyır və cənab Umerovun əlavə təqdimata ehtiyacı yoxdur. Mən parlamentin bu namizədliyi dəstəkləyəcəyini gözləyirəm”, - Ukrayna lideri vurğulayıb.
Qeyd edək ki, 41 yaşlı Rüstəm Ənvər oğlu Umərov əslən Krım tatarıdır. O, 2019-cu ildən Ukrayna Ali Radasının xalq deputatıdır. Siyasətçi həmçinin Krım Tatar Milli Qurultayının nümayəndəsi və Mustafa Əbdülcəmil Qırımoğlunun müşaviridir.