Ukrayna 2 min kilometrlik 3 zolaqdan ibarət istehkamlar tikir


Ukrayna prezidenti Vladimir Zelenski 2 min kilometrlik 3 zolaqdan ibarət istehkamlar qurduqlarını bildirib.


Zelenski sosial media hesabındakı paylaşımında Ali Baş Komandan qərargahında iclas keçirdiyini, Ukrayna Baş Qərargah rəisi Aleksandr Sırski və digər komandirlərin döyüş meydanındakı vəziyyətlə bağlı hesabatlarını dinlədiyini bildirib.

Ukraynanın müdafiə naziri Rustem Umerov və strateji sənaye naziri Aleksandr Kamişindən cəbhə bölgəsindəki ehtiyacların ödənilməsi ilə bağlı məlumat aldığını bildirən Zelenski deyib: "Digər mühüm məsələ istehkamdır. Baş nazir Denis Şmıqalın yeni müdafiə xətlərinin çəkiliş sürəti ilə bağlı məruzəsini dinlədim. 2 min kilometr uzunluğunda 3 zolaqdan ibarət müdafiə xətti böyük hədəf olsa da, indiki sürət yaxşıdır.Ümid edirəm ki, tikinti prosesi vaxtında yekunlaşacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu