Putin və Ərdoğan Qafqaz, Liviya və Afrikadakı vəziyyəti müzakirə ediblər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə Vladimir Putinlə Afrika və Qafqazdakı vəziyyəti müzakirə etdiyini bildirib.
AFN.az-ın xəbərinə görə, bu barədə "RİA Novosti" məlumat verib.
“Biz cənab Putinlə bir sıra regional və qlobal problemləri müzakirə etdik. Müzakirələr çərçivəsində biz Suriya, Zaqafqaziya, Afrikadakı vəziyyətə, o cümlədən Liviyadakı son hadisələrə toxunduq”, - deyə Ərdoğan Vladimir Putinlə danışıqların yekunu olaraq Soçidə keçirilən mətbuat konfransında deyib.