Putinlə Ərdoğan hansı məsələləri müzakirə edəcəklər?
Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar sentyabrın 29-u Soçidə baş tutacaq.
Bu barədə məlumatı Kremlin Mətbuat xidməti yayıb.
Məlumata əsasən, tərəflər görüş zamanı iki ölkə arasında iqtisadi-ticarət və siyasət sahəsində Rusiya-Türkiyə əməkdaşlığının müxtəlif aspektlərini, həmçinin Suriya, Liviya, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər.