Azərbaycan - Belçika oyununun hakimləri açıqlandı


AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan - Belçika oyunu üçün təyinatlar açıqlanıb.



UEFA-nın rəsmi saytının yaydığı məlumata görə, qarşılaşma Serbiyadan olan hakimlər briqadasına həvalə edilib.

FIFA referisi Nenad Minakoviçə yan xətt hakimləri Slobodan Pavloviç və Nikola Boroviç kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Milan Mitiç yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 9-da “Dalğa Arena”da keçiriləcək Azərbaycan - Belçika görüşü saat 17:00-da başlayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu