Xərçəng xəstəliyi cavanlaşır


Elmi araşdırma göstərib ki, son 30 ildə dünyada 50 yaşdan kiçik insanlarda xərçəngə tutulma halları təxminən 80 faiz artıb.


Erkən başlayan (50 yaşdan aşağı) xərçəngin qlobal yoluxması 1990-cı ildəki 1,82 milyondan 2019-cu ildə 79 faiz artaraq 3,26 milyona yüksəlib. Bu dövrdə 40, 30 və daha gənc yaşlılar arasında xərçəng ölümləri 27 faiz artıb.

2019-cu ildə 50 yaşa qədər 1,06 milyon insan xərçəngdən ölüb; bu, 1990-cı illə müqayisədə 27 faiz artım kimi qeydə alınıb.

Mütəxəssislər halların artmasının səbəblərini müəyyən etmək üçün araşdırmaların erkən mərhələsindədirlər, lakin nəticələri "BMJ Oncology" jurnalında dərc olunan araşdırmaya görə, düzgün olmayan qidalanma, alkoqol və tütün istifadəsi, həmçinin hərəkətsizlik və piylənmə xərçəngin gəncləşməsinə səbəb ola biləcək amillərdəndir.

"1990-cı ildən bəri dünyada erkən başlayan xərçənglərin tezliyi və ölüm halları əhəmiyyətli dərəcədə artıb" - deyə tədqiqatda deyilir: "Sağlam pəhrizin təşviqi, tütün və alkoqol istehlakının məhdudlaşdırılması və sağlam həyat tərzinin təşviqi, o cümlədən müvafiq açıq hava fəaliyyəti, erkən başlanğıc xərçəng yükünü azalda bilər".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu