G20 liderləri taxıl sazişinin tam icrasına çağırıblar


G20 ölkələrinin liderləri Yeni Dehlidə keçirilən G20 sammitinin yekun bəyannaməsində Rusiya və Ukraynadan ərzaq və gübrələrin maneəsiz tədarükü üçün taxıl sazişinin şərtlərini tam şəkildə yerinə yetirməyə çağırıblar.


Onlar Türkiyənin səylərini və İstanbul sazişlərini - Rusiya ərzaq məhsulları və gübrələrinin dünya bazarlarına çıxarılmasına dair Rusiya ilə BMT Katibliyi arasında Anlaşma Memorandumu və Ukrayna Limanlarından Taxıl və Ərzaqların Təhlükəsiz Daşınması Təşəbbüsünü yüksək qiymətləndiriblər. Liderlər Rusiya Federasiyası və Ukraynadan taxıl, ərzaq və gübrələrin dərhal və maneəsiz tədarükünü təmin etmək üçün onların tam, vaxtında və effektiv şəkildə həyata keçirilməsinə çağırıblar.

Bəyannamədə qeyd edilib ki, taxıl sazişinin həyata keçirilməsi inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələrdə, xüsusən də Afrikada tələbatı ödəmək üçün zəruridir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu