Zamirə Dadaşova "Space" TV-ni cərimələtdi - FOTO


Tanınmış teleaparıcı Zamirə Dadaşovanın "Space" TV-yə qarşı şikayətinə baxılıb.


AFN.az xəbər verir ki, Dövlət Əmək Müfəttişliyi aparıcının şikayəti əsasında "Space" TV-nin ona qarşı əmək qanunvericiliyini pozması ilə bağlı araşdırma aparıb. Araşdırma nəticəsində Z.Dadaşova haqlı sayılaraq TV haqqında cərimə qərarı çıxarılıb. Eyni zamanda Z.Dadaşovanın əmək kitabçasının özünə qaytarılması proseduru ilə bağlı tövsiyələr verilib. Əmək Müfəttişliyindən verilən məlumatda "Space" TV -nin aparıcı ilə əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyi pozduğu qeyd edilib. Eyni zamanda bildirilib ki, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması ilə əlaqədar şikayətin yerində araşdırılması mümkün olmayıb.
Z.Dadaşova AFN.az-a açıqlamasında işlə bağlı məhkəməyə də müraciət etdiyini bildirib. Qeyd edib ki, şikayəti üzrə ilk məhkəmə prosesi sentyabrın 28-də keçiriləcək.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu