Dünya Bankı Türkiyəyə 35 milyard dollar ayıracaq


Dünya Bankı (DB) ortamüddətli iqtisadi proqramını həyata keçirmək üçün Türkiyəyə 35 milyard dollarlıq yardım paketi verməyi planlaşdırır.


Bu barədə Türkiyə Maliyyə Nazirliyinin rəhbəri Mehmet Şimşək NTV telekanalının efirində bildirib.

“Mərkəzi Bankımın rəhbəri və Dünya Bankının prezidenti ilə uzunmüddətli görüşümüz oldu. Proqramımızdan danışdıq. Dünya Bankı bizim proqramı dəstəkləmək üçün artıq planlaşdırılan 17 milyard dollara əlavə olaraq daha 18 milyard dollar ayıracağını elan etdi. Ümumilikdə Türkiyəyə Dünya Bankından 35 milyard dollarlıq yardım paketi veriləcək” - deyə nazir bildirib.

Türkiyə hakimiyyəti ötən həftə üç il üçün nəzərdə tutulmuş və ölkə iqtisadiyyatındakı böhranı düzəltməyə yönəlmiş geniş proqram təqdim edib.

Şimşək qeyd edib ki, Ankaranın ortamüddətli proqramının əsas komponentlərindən biri inflyasiya ilə effektiv mübarizədir: "Proqram inflyasiyanı ağlabatan səviyyəyə, birrəqəmli rəqəmlərə qaytaracaq. Bu, ən mühüm məqsəddir - üç il ərzində inflyasiyanı birrəqəmli rəqəmlərə endirməkdir. Çətindir, lakin mümkündür".

Türkiyədə 2023-cü ilin sonuna qədər inflyasiya 65%-i keçə bilər. Halbuki hökumət proqramına əsasən, 2024-cü ildə bu, 33% olmalı və 2026-cı ildə tədricən 8,6%-ə enməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu