Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2681 nəfərə çatıb


Mərakeşdə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 2681 nəfərə çatıb.


Bu barədə "RİA Novosti" ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

"Qurbanların sayı 2,5 mini keçib" - deyə nazirlik bildirib.

Sentyabrın 9-na keçən gecə Mərakeşdə 6,9 bal gücündə zəlzələ baş verib. Epidemiya Mərakeşdən 80 kilometr aralıda, 10 kilometr dərinlikdə yerləşib. Bunun ardınca 4,8, 3,4, 3,2 və 3,3 bal gücündə ən azı dörd afterşok baş verib.

Kral VI Məhəmməd Mərakeşdə üç günlük matəm elan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu