Oktyabrda Azərbaycanda ucuzlaşma gözlənilirmi?


Azərbaycanda 2020-ci ildən sonra ilk dəfə olaraq bu il dörd ay ardıcıl ucuzlaşma qeydə alınıb.



AFN.az xəbər verir ki, 2023-cü ilin may, iyun, iyul və avqust aylarında qiymətlər ardıcıl şəkildə əvvəlki aya nisbətən aşağı düşüb.

Sonuncu dəfə belə bir hal 2020-ci ilin may-avqust dövründə qeydə alınmışdı. 2021 və 2022-ci illərdə isə aylıq müqayisədə yalnız iyunda qiymətlər azalmışdı.


2023-cü ildə dörd ay qiymətlərin ardıcıl azalması 2020-ci ildəki haldan da fərqlidir. Bu il aylıq müqayisədə qiymət azalmasının sürəti 2020-ci illə müqayisədə daha böyükdür.


2020-ci ildə dörd aylıq ucuzlaşmadan sonra avqustun sonundakı qiymət səviyyəsi aprellə müqayisədə 1,2 faiz düşmüşdü. Amma bu il dörd aylıq ucuzlaşmadan sonra avqustdakı qiymətlər aprelə nisbətən 1,7 faiz enib. Başqa sözlə, bu il qiymət azalmasının sürəti 2020-ci ilə nisbətən 42 faiz yüksəkdir.


Qiymətlərdəki azalmanın oktyabrda da davam etməsi mümkündür. Lakin bu ehtimal olduqca azdır.





Oktyabrda da qiymətlərin enmə ehtimalı ərzaq qiymətlərindəki dəyişiklikdən asılı olacaq. Əgər ərzaq mallarında inflyasiya tempində müşahidə edilən zəifləmə oktyabrda da davam edərsə, o halda aylıq müqayisədə qiymətlərin düşməsi mümkündür.


Qeyd edək ki, son bir ildə dünyada ərzaq qiymətlərində enmə baş verir. Son bir ildə dünyada ərzaq qiymətləri 10 faizdən çox enib. Bu hal təəssüflər olsun ki, Azərbaycanda müşahidə edilmir. Ölkəmizdə yalnız bahalaşma sürətinin zəifləməsi baş verir ki, biz də bununla özümüzə təskinlik veririk.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu