BMT Ermənistanı Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət etməyə çağırıb


"BMT Təhlükəsizlik Şurasının Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təsdiq edən qətnamələrini xatırlatmaq istərdik və Ermənistanı ona hərtərəfli hörmət etməyə çağırırıq".


Bunu BMT baş katibinin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında "Report"un müxbirinin Azərbaycan ərazisində erməni separatçıların keçirdiyi qondarma "seçkilər"lə bağlı sualını cavablandırarkən deyib.

Sözçü əlavə edib ki, BMT baş katibi Ermənistanı və Azərbaycanı regionda sülh və təhlükəsizliyin rifahı naminə münasibətlərin uzunmüddətli normallaşması istiqamətində səyləri gücləndirməyə çağırır. Report



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu