Ordumuzun Gədəbəydəki mövqeləri atəşə tutulub, cavab tədbirləri görülüb


Azərbaycan Ordusunun Gədəbəydəki mövqeləri atəşə tutulub, cavab tədbirləri görülüb.


Bu barədə AFN.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 14-ü saat 19:35-də Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Zamanlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub. Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu