Elə danışırsınız ki, sanki Azərbaycanda yaşamırsınız... - Sabunçunun icra başçısı məhkəmədə(VİDEO)


Sabunçu rayonun icra başçısı Adil Vəliyev bu gün məhkəməyə gətirilib.


News24.az-ın məlumatına görə, Adil Vəliyev Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verib.

İcra başçısı "Xural TV" internet kanalının təsisçisi Əvəz Zeynallının barəsində olan cinayət işi üzrə şahid qismində iştirak edib.

A. Vəliyev ifadəsində Sabunçu rayonu ərazisində qanunsuz tikili aparılmasına icazə verdiyini etiraf edib.

Xatırladaq ki, Adil Vəliyev Sabunçu rayonu, Sabunçu qəsəbəsində Dövlət Neft Şirkətinə məxsus ərazidə vətəndaş Ruslan Vəliyevin qanunsuz sahibkarlıq subyekti olan market tikintisinə şərait yaradıb. Qanunsuz tikili sökülsə də, Əvəz Zeynallının xahişindən sonra Adil Vəliyev həmin obyektin tikilməsinə şərait yaradıb.

***

İcra başçısı Adil Vəliyev vəkillərin suallarını cavablandırarkən etiraf edib ki, hətta tikinti qanunsuz olsa belə, icra hakimiyyətinin onu sökməyə ixtiyarı yoxdur: "İnşa prosesi dayandırılmalı, məhkəməyə müraciət olunmalıdır. Lakin praktikada bir sıra hallarda qanunsuz tikinti aparılanda müdaxilə edib sökürlər".


Vəkilin "sizin səlahiyyətiniz olmadığı halda, necə müdaxilə edirsiniz", - sualına icra başçısı belə cavab verib: "Elə danışırsınız ki, sanki Azərbaycanda yaşamırsınız...".

Vəliyev vurğulayıb ki, Əvəz Zeynallı ona zəng vuraraq sadəcə xahiş edib: "Mənə kimsə nə pul verib, nə də kiminsə buna cəsarəti çatar..."(Unikal).




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu