İranda Mahsa Eminin atası Emced Eminiyə qarşı sui-qəsd cəhdi olub


İranda hicab tələbinə əməl etmədiyi iddiası ilə saxlanılan və polis nəzarətində dünyasını dəyişən Məhsa Eminin atası Emced Eminiyə qarşı sui-qəsd cəhdi olub.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, Emced Eminiyə qarşı sui-qəsdin qarşısı alınıb.

Ölkə rəsmiləri terror təşkilatlarına bağlı bir neçə şəxsin Ayçi qəbiristanlığına gedən yolda Emced Eminiyə qarşı edilən sui-qəsd cəhdinin qarşısının təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə alındığını, sui-qəsdə cəhd edən şəxslərin yaxalandığını bildiriblər.

Müxalif xəbər mənbələri Mahsa Eminin ölümünün ildönümündə atası Emced Eminin Kürdüstan vilayətinin Sakkiz şəhərindəki evindən çıxarkən saxlanıldığını iddia ediblər.

İranın rəsmi agentliyi İRNA mövzu ilə bağlı xəbərində bu iddianı təkzib edərək Emininin atası və ailəsinin Sakkiz şəhərindəki evlərində olduğunu və onun nəzarətə götürülmədiyini açıqlayıb.

Sosial şəbəkələrdə Mahsa Eminin məzarının olduğu Ayçi qəbiristanlığına gedən yolların bağlandığını göstərən görüntülər paylaşılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu