MN: "Ordumuzun Xankəndi istiqamətində hücuma keçməsi barədə məlumatlar yalandır"
![](/uploads/posts/2023-09/1695285535_c584de03-5352-302d-bf77-e59f1ec31cd1_850-1.jpg)
"Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimizin Xankəndi istiqamətində hücuma keçməsi barədə yayılan məlumatlar tamamilə yalandır və dezinformasiya məqsədi daşıyır".
Bu barədə AFN.az-a Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
"Yayılan bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda vurğulanıb.