Ukrayna ilə Polşa arasında gərginlik artır


Avropa Birliyinin (Aİ) Ukraynaya tətbiq etdiyi taxıl embarqosunu ləğv etmək qərarına əməl etmədiyi üçün Kiyev administrasiyası tərəfindən tənqid edilən Polşa, bu reaksiyalara cavab olaraq, Ukraynaya əlavə silah göndərməyəcəyini bir müddət əvvəl açıqlamışdı.


Müharibənin ilk günündən qonşusu Ukraynanı Rusiyaya qarşı müdafiə edən və dəstəkləyən Varşava ilə Kiyev arasında işlər qırılma nöqtəsinə çatıb.

Polşa 2022-ci ilin fevralında Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Kiyevin əsas müttəfiqi və əsas silah təchizatçılarından biri olub. O, həmçinin müxtəlif dövlət yardımları ilə dəstəklənən 2 milyona yaxın ukraynalı qaçqını qəbul edib.

Lakin son günlər Ukrayna taxılına görə mübahisələrin artması səbəbindən münasibətlər pisləşib.

Polşanın baş naziri Mateusz Morawiecki sentyabrın 20-də verdiyi açıqlamada ölkəsinin öz müdafiəsini prioritetləşdirməyə qərar verdiyini və Ukraynaya silah göndərilməsinin dayandırılacağını bildirib.

Zelenski çıxışında Avropadakı bəzi qrupları taxıl ixracı məsələsinin Rusiyanın xeyrinə olmasına icazə verməkdə ittiham edib.

Zelenski BMT-dəki çıxışında bu qərarın ölkəsinə zərər verdiyini bildirib və "Avropada bəzilərinin siyasi teatrda həmrəylik nümayiş etdirməsi narahatedicidir. Onlar öz rollarını oynasalar da, əslində bir dövlətə kömək edirlər" ifadələrini işlədib.

Zelenskinin sözləri Polşanın qəzəbli reaksiyasına səbəb olub və Ukraynanın Varşavadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və etiraz edilib.

Polşa üçün problem yaradan ən mühüm hadisə Ukraynanın ondan taxıl almayan bu ölkələrlə bağlı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət etməsi olub.

Baş nazir Morawiecki sentyabrın 20-də iki mühüm bəyanatla çıxış edib.

Morawiecki Polsat News televiziyasına verdiyi ilk açıqlamada Ukrayna hakimiyyətinə xəbərdarlıq edib və onların münaqişəni bu şəkildə gücləndirməsi halında, Polşa ərazisinə idxal qadağasına daha çox məhsul əlavə ediləcəyini bildirib. O, axşam saatlarında verdiyi ikinci açıqlamada “Biz artıq Ukraynaya heç bir silah göndərmirik, çünki bundan sonra ən müasir silahlarla silahlanacağıq” deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu