Ukraynadan mesaj: Polşa ilə müttəfiqlik davam edəcək


Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak Rusiyaya qarşı Polşa ilə müttəfiq olduqlarını və belə qalacaqlarını bəyan edib.


Mixail Podolyak İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində son vaxtlar Polşa ilə aralarında yaşanan gərginliyə toxunub.

Polşanın baş naziri Mateusz Moravieckinin bir müddət əvvəl ölkəsinin Ukraynaya artıq silah göndərməyəcəyini dediyini xatırladan Podolyak, "Polşa əsl təhlükənin Rusiya olduğunu bilir. Biz buna qarşı müttəfiqik və qalacağıq. Polşa ərazisi Ukraynaya silah tədarükü üçün logistika mərkəzidir. Nəzərə almaq lazımdır ki, Polşa seçkiqabağı dövrünü yaşayır. Ona görə də onlar üçün kənd təsərrüfatı məhsulları istehsalçılarının və fermerlərin maraqlarını qorumaq vacibdir. Bizim üçün də Rusiya tərəfindən bloklanan Qara dənizə alternativ ixrac marşrutları tapmaq vacibdir” - deyə bildirib.

Ukraynaya silah yardımı edən ölkənin azalıb-azalmayacağı və bunun onları narahat edib-etməməsi ilə bağlı suala Podolyak belə cavab verib: "Xeyr, çünki bir çox hökumətlər bizə müxtəlif silah sistemləri verir. ABŞ bizim əsas tərəfdaşımızdır. Bəzi ölkələr bizə böyük miqdarda silah veriblər. İndi isə daxili tələbatla bağlı azalma var. Bu, normaldır, amma bu o demək deyil ki, daha bizə dəstək olmaq istəmirlər”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu