İspaniyada siçovulları öldürənlər 18 ay həbs olunacaq


İspaniyada təsdiqlənən yeni heyvan rifahı qanununda "ev heyvanı" termini "onurğalı heyvan" olaraq dəyişdirilib. Yeni qanuna görə, onurğalı heyvanı, o cümlədən siçanı vurmaq, yaralamaq və ya öldürmək həbs və ya cərimə ilə cəzalandırılacaq.


İspaniya Konqresinin təsdiqlədiyi cinayət məcəlləsinə edilən düzəliş, ev heyvanı olmayan onurğalı heyvanın ölümünə səbəb olan hər kəs üçün 6 aydan 18 aya qədər həbs və ya 18 aydan 24 aya qədər ictimai iş cəzasını nəzərdə tutur.

Onurğalılar kateqoriyasına onurğa və kəllə ilə skeleti olan hər hansı bir heyvan daxildir. Ona görə də balığı, siçanı, iti, kərtənkələni öldürmək eyni cür cəzalandırılır. Bu qaydaya görə, bağa girən ilanı öldürmək üçün altı aydan on səkkiz aya qədər həbs cəzası tələb olunur.

Dəyişiklik həm də o deməkdir ki, əgər evə girən siçan və ya siçovul vurulub öldürülməsə, ancaq baytarlıq nəzarəti tələb edən xəsarətlərə səbəb olarsa, polisə məlumat verilərsə, onu 3 aydan 12 aya qədər həbs cəzası gözləyir.

Xəsarət almadan pis rəftara məruz qalma hallarında bir aydan iki ayadək cərimə və ya bir gündən otuz günədək ictimai işlər tətbiq ediləcək. Yəni itinin ipini çəkən və ya pis danışan şəxs cəzalandırıla bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu