Hikmət Hacıyev: “Bəzi hərbi qruplar müqaviməti davam etdirəcəklərini bildirirlər”


“Qarabağda olan bəzi hərbi dəstələr müqaviməti davam etdirəcəklərini bildirirlər”.



AFN.az oxu.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev “Reuters”ə müsahibəsində deyib.

H.Hacıyev bir daha rəsmi Bakının mövqeyini ifadə edib.

O qeyd edib ki, Azərbaycan silahlarını təslim edən Qarabağdakı erməni döyüşçülərə amnistiya nəzərdə tutur.
“Hazırda biz görürük ki, bəzi ayrı-ayrı hərbi qruplar bizimlə razılaşmayacaqlarını və müqaviməti davam etdirəcəklərini açıq şəkildə bəyan edirlər”, - deyə H.Hacıyev əlavə edib.

Hikmət Hacıyev xatırladıb ki, sentyabrın 22-də Azərbaycan Qarabağda yaşayan erməni əhaliyə ərzaq yükü göndərib.

“Azərbaycan Qarabağ ermənilərinin sülh yolu ilə reinteqrasiyasını istəyir”, - Hikmət Hacıyev vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu