Məşhur kosmetoloqun rus agenti olduğu üzə çıxıb


Uzun illər İngiltərədə kosmetoloq kimi tanınan və hətta ekspertizasına görə mükafatlar alan Vanya Qaberova "Rusiya agenti" ittihamı ilə saxlanılıb.


İngiltərədə kosmetoloq kimi böyük reputasiyaya malik Bolqarıstan vətəndaşı Vanya Qaberova “Rusiya adından agentlik”də ittiham edilib.

İngiltərədə təhlükəsizlik araşdırması çərçivəsində həbs edilən Qaberova dövlət sirrini əldə etməyə cəhddə ittiham olunur. İllərdir ölkədə kosmetoloq kimi şöhrət qazanan və mükafatlar alan Vanya Qaberovanın casusluqda ittiham olunması insanlarda böyük təəccüb yaradıb.

Pretty Woman adlı gözəllik şirkətinin sahibi olan 29 yaşlı Qaberovanın xüsusilə kipriklərə qulluq mövzusunda verdiyi təlimlə İngiltərə, Bolqarıstan və Rusiyada bir çox mükafatlar qazandığı ortaya çıxıb.

Qaberovadan başqa Orlin Russev, Bizer Cambazov, Katrin İvanova və İvan Stoyanov da 2020-2023-cü illər arasında “düşmən dövlətlərin xeyrinə olacaq məxfi məlumat əldə etməyə cəhd” ittihamı ilə saxlanılanlar arasındadır.

Şübhəlilər gələn həftə məhkəmə qarşısına çıxacaqlar.

Yaşadığı Akton bölgəsində istedadlı gözəllik mütəxəssisi kimi tanınan Qaberova üzvü olduğu gizli kəşfiyyat şəbəkəsi vasitəsilə əldə etdiyi həssas məlumatları Rusiyaya ötürməkdə ittiham olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu