Əliyevlə Ərdoğan arasında maraqlı dialoq - VİDEO


Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Naxçıvana rəsmi səfər edib. Türkiyə liderini Naxçıvan Beynəlxalq Hava Limanında Prezident İlham Əliyev qarşılayıb.


Rəsmi qarşılanma mərasimi zamanı iki ölkə lideri arasında maraqlı dialoq yaşanıb.

Belə ki, Ərdoğan Naxçıvanda havanın yağışlı olmasına işarət edərək Türkiyədə havaların isti keçməsini qeyd edib: “Qardaşım, bizdə hava çox istidir”.

Ərdoğanın şərhinə təbəssümlə cavab verən İlham Əliyev isə yağışın yeni başladığını bildirib: “Leysan gedir. Bərəkətdir”.

https://bax.tv/maraqli-xeberler/eliyevle-erdogan-arasinda-maraqli-dialoq-185015?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=185015


AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu