ADY: "Sumqayıt-Bakı qatarının havalandırma sistemində texniki problem yaranıb"


Bu gün Sumqayıtdan saat 08:10-da çıxan 6010 saylı Sumqayıt-Xırdalan-Bakı elektrik qatarının havalandırma sistemində texniki problem yaranması səbəbindən qatarda kondisioner işləməyib.



Bu barədə AFN.az-ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Məlumata görə, hazırda nasazlığın aradan qaldırılması istiqamətində işlər görülür.

Qeyd edilir ki, sərnişin sıxlığı səbəbindən stansiyalarda minib-düşmə zamanı yubanmalar olduğundan qatar Bakı Dəmiryol Vağzalına 5 dəqiqə gecikmə ilə çatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu