Rusiya və Şimali Koreyanın hərbi əməkdaşlığı qlobal sülhə xələl gətirir - Blinken
ABŞ dövlət katibi Antoni Blinken Rusiya ilə Şimali Koreya arasında hərbi əməkdaşlığın qlobal sülhə xələl gətirdiyini bəyan edib.
Blinken Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi və Koreya Fondu ilə birgə keçirilən Cənubi Koreya-ABŞ alyansı ilə bağlı forumda çıxış edib.
Şimali Koreyanın raket proqramını gücləndirmək üçün kömək istədiyini vurğulayan Blinken, “Kim Çen Inın Moskvaya səfəri Şimali Koreyanın raket atışlarından daha böyük təhlükəsizlik təhdidi yaratdığını ortaya qoydu” - deyə bildirib.
Blinken Rusiyanın Ukraynada davam edən müharibəsi üçün avadanlıq və material əldə etməkdə çarəsiz olduğunu qeyd edib.
“Ümumi müdafiəyə sadiqliyimiz güclüdür” - deyən dövlət katibi qeyd edib ki, bu öhdəlik xüsusən Şimali Koreyanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) qətnamələrini pozan və regionda sabitliyi pozan raket buraxılışı kimi təxribat xarakterli hərəkətlərinə qarşı genişləndirilmiş çəkindirmə ilə başlayır.
O, müttəfiqlər arasında təhlükəsizlik, ticarət və iqtisadiyyat daxil olmaqla bütün sahələrdə əməkdaşlığın gücləndiyinə diqqət çəkib: "Bir neçə gündən sonra ölkəmizin qarşılıqlı müdafiə müqaviləsi imzalamasının 70-ci ildönümünü qeyd edəcəyik. Bu müqavilə əsas təhlükəsizlik ittifaqından miqyası və əhəmiyyəti getdikcə genişlənən həyati vacib qlobal tərəfdaşlığa çevrilib".