Filippin Çinin mübahisəli sularda qoyduğu bütün maneələri aradan qaldıracağını bəyan edib


Filippin bəyan edib ki, Çinin Cənubi Çin dənizindəki mübahisəli sularda qoyduğu istənilən maneəni aradan qaldıracaqlar.


Filippin Silahlı Qüvvələrinin (AFP) Qərb Sahə Komandiri, vitse-admiral Alberto Karlos sentyabrın 25-də Çinin mübahisəli sularda yerləşdirdiyi iddia edilən 300 metr uzunluğundakı üzən maneənin müvəffəqiyyətlə götürülməsindən sonra mətbuata açıqlama verib.

Karlos Çin Sahil Mühafizəsinin Çinlə suverenlik mübahisəsinin mövzusu olan Spratli adaları yaxınlığındakı İkinci Tomas Şolun girişinə bənzər bir maneə qoyacağından "narahat olduqlarını" deyib.

Çinin ikinci sədd qoyması halında lazım olanı edəcəklərini ifadə edən Karlos, "Nə qoyurlarsa, onu da qaldıracağıq" - deyə əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu