BMT: Suriyadakı mövcud vəziyyəti davam etdirə bilmərik
“Biz Suriyadakı mövcud vəziyyəti davam etdirə bilmərik, çünki bunun daha da pisləşməsi və yeni çağırışlara yol açması ehtimalı var”.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen deyib. O, BMT Təhlükəsizlik Şurasında keçirilən Suriya sessiyasında üzv ölkələri məlumatlandırıb.
BMT-nin baş katibi Antonio Quterreşin “Suriya xarabalığa çevrilib və sülh tezliklə görünmür” sözlərini təkrarlaya Pedersen ölkədəki tərəflər arasında etimadsızlığın, siyasi qeyri-sabitliyin və beynəlxalq mühitin həlli çətinləşdirdiyini bildirib.
Pedersen Suriya xalqının ümidsizliyinə və çəkdikləri ağrının dərinləşdiyinə diqqət çəkib. Suriya cəmiyyətinin yarısının qida çatışmazlığı ilə üzləşdiyini və ölkədəki tibb işçilərinin Suriyanı tərk etməyə davam etdiyini bildirən Pedersen, “2020-ci ildən bəri davam edən nisbi sakitlik ciddi təhlükə altındadır” - deyə bildirib.