Əsəd və Rəisi Suriya ilə İran arasında uzunmüddətli tərəfdaşlığa dair memorandum imzalayıblar


Dəməşqdə Suriya və İran prezidentləri Bəşər Əsəd və İbrahim Rəisi iki ölkə arasında uzunmüddətli strateji tərəfdaşlığa dair memorandum imzalayıblar.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, sənəd iki ölkə arasında qarşıdakı 20 ildə ticarət-iqtisadi əməkdaşlıq planının həyata keçirilməsini nəzərdə tutur.

İran və Suriya arasında azad ticarət zonalarının yaradılması, dəmir yolu nəqliyyatının və hava nəqliyyatının inkişafı ilə bağlı da sazişlər imzalanıb. Tərəflər neft-qaz sənayesi və kənd təsərrüfatı sahələrində birgə layihələr həyata keçirəcəklər.

Bundan əvvəlki danışıqlar zamanı Əsəd qeyd etmişdi ki, Suriya və İran münasibətlərini regional və beynəlxalq problemlərə ümumi yanaşmalar əsasında qurur. "Bizim tərəfdaşlığımız zamanın sınağından çıxdı. Suriya 1980-1988-ci illər İran-İraq müharibəsi zamanı İranın tərəfində olub, necə ki, İran son 12 ildə Suriya xalqını terrorçu qruplara qarşı dəstəkləyib" - deyə Əsəd qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu